BSU-da “Qanlı və şanlı tarix” mövzusunda dəyirmi masa keçirilib

BSU-da “Qanlı və şanlı tarix” mövzusunda dəyirmi masa keçirilib Yanvarın 18-də Bakı Slavyan Universitetində (BSU) 20 Yanvar faciəsinə həsr edilmiş “Qanlı və şanlı tarix” mövzusunda dəyirmi masa keçirilib. Əvvəlcə Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan BSU-nun elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov 1990-cı ilin yanvarında sovet imperiyasının Azərbaycanda müstəqillik və azadlıq uğrunda mübarizəyə qalxmış dinc əhaliyə, soydaşlarımıza qarşı törətdiyi cinayətlərdən danışaraq 20 Yanvar faciəsinin xalqımızın yaddaşına silinməz izlər qoyduğunu qeyd edib. Bakı Slavayan Universitetində 20 Yanvarla bağlı silsilə tədbirlərin nəzərdə tutulduğunu deyən R.Novruzov gəncləri tariximizin bu qanlı qəhrəmanlıq səhifəsini unutmamağa səsləyib.
Çıxış edən tərbiyə işləri üzrə prorektor, dosent Xanım Sultanova 90-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqının göstərdiyi yenilməzlik, qəhrəmanlıq, Vətənə, torpağa sədaqəti, müstəqillik və azadlıq uğrunda mübarizə əzminin bütün dünyaya bəyan olunduğunu deyib. Azərbaycan xalqının şəhid adına daim ehtiramla yanaşdığını vurğulayan X.Sultanova Prezident İlham Əliyev tərəfindən şəhid ailələrinə və əlillərə göstərilən diqqət və qayğıdan söz açıb, xalqımıza qarşı törədilən bu cinayəti düzgün tarixi faktlarla gələcək nəslə ötürməyin vacibliyini vurğulayıb.
Sonra universitetin Azərbaycan tarixi və ictimai elmlər kafedrasının dosenti Ərzuman Əmirov, Beynəlxalq münasibətlər kafedrasının dosenti Şəhla Nuruzadə, BSU üzrə YAP sədri Sevinc Axundova mövzu ilə bağlı çıxışlar ediblər. Çıxışçılar həmin dövrün canlı şahidləri kimi mühüm faktlarla keçmiş SSRİ-nin sonuncu rəhbərliyinin Azərbaycan xalqına qarşı yürütdüyü ayrı-seçkilik və düşmənçilik siyasətindən bəhs ediblər. Faciənin törədilməsində əsas məqsədin işğalçı Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddialarının gerçəkləşməsinə münbit hərbi şərait yaratmaq olduğunu bildirən natiqlər baş vermiş qanlı olaylardan dərhal sonra xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Respublikanın Moskvadakı daimi nümayəndəliyinə gələrək keçirdiyi mətbuat konfransının mühüm əhəmiyyətini diqqətə çatdırıblar.
Dəyirmi masada BSU-nun “Sabah” qrupunun IV kurs tələbələri Səidə Qədimova, Şəhla Rəhimli və Fatimə Əlixanlı Azərbaycan, rus, ingilis dillərində çıxış edərək 20 Yanvar hadisəsi və həmin dövrdə ölkədə baş verən olaylarla bağlı hazırladıqları video materialı təqdim ediblər.

BSU-nun Mətbuat xidməti


BSU-da “Qanlı və şanlı tarix” mövzusunda dəyirmi masa keçirilib
BSU-da “Qanlı və şanlı tarix” mövzusunda dəyirmi masa keçirilibBSU-da “Qanlı və şanlı tarix” mövzusunda dəyirmi masa keçirilib

Oxşar xəbərlər