Noyabrın 17-də Bakı Slavyan Universitetində (BSU) 12 noyabr - Konstitusiya Günü və 17 noyabr - Milli Dirçəliş Gününə həsr olunan tədbir keçirilib.
Tədbirdə universitetin elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov hər iki tarixi günün əhəmiyyətindən danışıb. R.Novruzov vurğulayıb ki, xalqımızın istiqlal mücadiləsinin əsas mərhələlərindən biri olan Milli Dirçəliş Günü Azərbaycanın müstəqilliyinin bərpasında mühüm rol oynayıb. Əlamətdar gün münasibətilə tədbir iştirakçılarını təbrik edən prorektor dirçəliş hərəkatının öyrənilməsinin, onun bugünkü və gələcək nəslə çatdırılmasının böyük əhəmiyyət kəsb etdiyini bildirib.
“17 noyabr – Milli Dirçəliş Günüdür” mövzusunda məruzə ilə çıxış edən BSU-nun beynəlxalq münasibətlər kafedrasının müdiri, professor Habil Məmmədov deyib: “Ulu öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi və müdrikliyi sayəsində Azərbaycan müstəqil inkişaf yoluna qədəm qoyub. Hakimiyyətə gəlişi ilə xalqa sağlam ruh və özünüdərk gətirən Ümummilli Lider sovet ideologiyasının sərt qadağalarına baxmayaraq milli mənəvi dəyərlərə, Azərbaycan elminin və mədəniyyətinin dirçəlişinə xüsusi önəm verib. Bütün sahələrdə inkişaf və oyanış müşahidə olunmağa başlayıb. Azərbaycan əsl intibah və dirçəliş dövrünə qədəm qoyub. Ulu Öndərin təşəbbüsü ilə dünyanın müxtəlif ölkələrində təhsil alan milli ruhlu ziyalılar ordusu yetişib”.
Sonra BSU-nun Azərbaycan tarixi və ictimai elmlər kafedrasının dosenti Ərzuman Əmirov “Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası dövlətçiliyimizin inkişafının əsasıdır” mövzusunda məruzə ilə çıxış edib. Diqqətə çatdırıb ki, Azərbaycan müstəqilliyi bərpa edildikdən sonra yeni Konstitusiyanın hazırlanması zərurəti meydana çıxıb. Bunun üçün ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə xüsusi komissiya yaradılıb, konstitusiya layihəsi ümumxalq müzakirəsinə çıxarılıb. Belə ki, 1995-ci il noyabrın 12-də referendumla müstəqil Azərbaycanın Konstitusiyası qəbul olunub.
Ə.Əmirov konstitusiyada mövcud olan insan hüquqları, habelə Azərbaycanın hüquq sistemində konstitusiya dəyərlərinin rolundan danışıb.
Sonra universitetin beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin üçüncü kurs tələbələri Günel Mürşüdova və Solmaz Seyidova Konstitusiya Günü və Milli Dirçəliş Günü ilə bağlı slayd təqdim ediblər.
BSU-nun tərbiyə işləri üzrə prorektoru, dosent Xanım Sultanova zaman-zaman azadlıq və müstəqillik arzusu ilə yaşayan xalqımızın ötən əsrin 80-ci illərinin sonlarında Bakının Azadlıq meydanında fasiləsiz etiraz mitinqlərinə başlamasından söz açıb. O, gəncləri tariximizin şanlı səhifələrini dərindən öyrənməyə, ölkəmizin rifahı yolunda çalışmağa çağırıb.
BSU-nun İctimaiyyətlə əlaqələr şöbəsi