Azərbaycan Dövlət Dəniz Agentliyində 20 Yanvar faciəsinin 28 – ci ildönümü ilə bağlı anım mərasimi keçirilib.
Şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad olunduqdan sonra tədbir iştirakçıları tarixi günlə bağlı fikirlərini bölüşdülər.
Qeyd olundu ki, müdhiş 20 yanvar günü Azərbaycanın çağdaş tarixində müstəqillik yolunda cəsarətli, ən dəyərli səhifələrdən biri sayılır. Azərbaycanın müstəqilliyi və suverenliyi, torpaqlarımızın bütövlüyü uğrunda qətiyyətlə ayağa qalxan əliyalın xalqımız təpədən – dırnağa qədər silahlanmış imperiya qoşunlarının qarşısında əyilmədi, sınmadı. Mərd və igid insanlarımız ölümü əsarətdən və zülmdən üstün tutmaqla, şərəfli şəhidlik zirvəsinə yüksələrək həm özlərinə, həm də vətənə qəhrəmanlıq salnaməsi yaratdılar.
Bakıya qoşunların qanunsuz yeridilməsi nəticəsində paytaxtda və respublikanın rayonlarında 147 nəfər qətlə yetirildi, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs olundu. Bu faciə Azərbaycan xalqını qorxutmaq, onun milli oyanışını, torpaq uğrunda mübarizliyini məhv etmək məqsədi daşıyan mənfur planın tərkib hissəsi idi. Xalqımız həmin gün üstünə şığıyan tanklara, avtomat və pulemyot güllələrinə qarşı sinəsini verməyi, öz mənliyini və mətinliyini nümayiş etdirməyi bacardı. O ağır günlərdə xalqımızın Ümummilli lideri Heydər Əliyev özünün və ailə üzvlərinin həyatını təhlükədə qoyaraq yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlib terror aktını qətiyyətlə lənətlədi.
Ulu öndərimizin yenidən siyasi hakimiyyətə qayıdışından sonra 20 yanvar faciəsinin səbəblərinin araşdırılması və onu törədənlərin məsuliyyətə cəlb olunması istiqamətində mühüm addımlar atıldı, bu qanlı faciəyə dövlət səviyyəsində hüquqi – siyasi qiymət verildi. Ümummilli lider Heydər Əliyevin siyasi xəttıni uğurla davam etdirən Prezident İlham Əliyev bütün şəhid ailələrinin, o cümlədən 20 yanvar şəhid ailələrinin problemlərinin həlli istiqamətində məqsədyönlü tədbirlər həyata keçirir. Şəhid ailələrinin rifahının, həyat şəraitinin yaxşılaşdırılması yönündə vacib addımlar atılır.
Azərbaycan Respublikasının birinci vitse – prezidenti Mehriban xanım Əliyevanın milli – mənəvi dəyərlərimizin, qan yaddaşımızın qorunub saxlanılması və dünyada tanıtdırılmasına böyük diqqət yetirdirdiyini qeyd edən tədbir iştirakçıları vurğuladılar ki, Mehriban xanım Əliyeva 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi və şəhid ailələrinin problemlərinin həllinin diqqətdə saxlanılması, 20 yanvar hadisələri zamanı sağlamlığın itirən şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, onların sağlamlıqlarının bərpası istiqamətində mühüm işlər görülməsini diqqətdə saxlayır.
Tədbirdə çıxış edənlər bildirdilər ki 1990-cı il yanvarın 20-də Sovet hərbi gəmilərinin hərəkətinə yol verməmək üçün 102 iri və onlarla xırda gəmi, Bakı buxtasına gedən yolun qarşısını kəsdi. Bütün xəbərdarlıqlara və hədələrə baxmayaraq geri çəkilmədilər.
O zaman blokadada olan, xarici ölkələrlə əlaqəsi kəsilən və heç bir yerdən kömək ala bilməyən gəmi kapitanları, özləri hərəkətə keçdilər. Onlar “Dəniz vağzalı”na gələrək “Sabit Orucov “adlı gəmidə ştab yaradaraq, 7 nəfər kapitanla birlikdə Kapitanlar Şurasını seçdi. Onlar yekdilliklə SOS siqnalı vermək qərarına gəldilər. Mətin Azərbaycan, rus və ingilis dillərində yayımlandı. Bunun sayəsində bütün dünyaya Bakıda baş verən qanlı hadisə ilə bağlı məlumat yayıldı.
Həmin gün bütün dənizçilər düşmənə qarşı birləşdilər. Kapitanlar tabeliklərində olan irili-xırdalı gəmiləri Bakı buxtasına yönəltdilər. Çətin vəziyyətə düşsələr də, ümüdlərini kəsməyərək, hər tərəfə məlumat ötürdülər. Xarici dövlətlərin mətbuatları ancaq SSR-i teleqraf agentliyinin verdiyi məlumatları yayırdı. Amma Azərbaycandan gedən dolğun məlumatlar, həmin dənizçilərin, həmin xarici gəmilərin qəbul edib yaydığı xəbərlərə istinad edərək, Bakı faciəsini olduğu kimi dünya ictimaiyyətinə çatdıra bildilər.
Dənizçilərin dilində “ölü dəqiqə” deyilən termin var. Hər saatdan bir 3 dəqiqə dünya dənizçiləri yeni məlumat alırdılar. Yanvarın 20-si səhər saat 11.30-dan 21-ə keçən gecəyədək mütəmadi təkrar olunan SOS siqnalının ilk mətninin əks sədasını dənizçilər Baltik və aralıq dənizlərindən verilən radioqramlardan aldılar. Eyni zamanda dənizçilər etiraz olaraq hər yarım saatdan bir həyəcan siqnalı da verirdi.
Verilən SOS siqnalı sayəsində dünyanın 50-dən çox ölkəsinin dənizçiləri onların harayına səs verdilər. Bütün radioqramlarda öz həmrəyliklərini və bu faciənin bütün dünyaya çatdırılmasına kömək edəcəklərini bildirdilər. Bu, dünya dənizçilərinin öz həmrəyliklərini bu cür nümayiş etdirdiyi ilk hadisə kimi tarixə düşdü.
Tədbirdə çıxış edənlər Şəhidlərimizə Allahdan rəhmət diləyərək bildirdilər ki, 20 Yanvar hadisəsi Ümummilli Hüzn Günü olması ilə yanaşı, həm də tariximizin şərəfli, qəhrəmanlıq səhifələrindəndir.
Tehsil-press.az