Yanvarın 19-da AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr edilmiş “20 Yanvar- Ümumxalq hüzn günü” adlı elmi sessiya keçirilib. Əvvəlcə Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan institutun direktoru, akademik Teymur Kərimli 1990-cı ilin yanvarında sovet imperiyasının Azərbaycanda müstəqillik və azadlıq uğrunda mübarizəyə qalxmış dinc əhaliyə, soydaşlarımıza qarşı törətdiyi cinayətlərdən danışaraq 20 Yanvar faciəsinin xalqımızın yaddaşına silinməz izlər qoyduğunu qeyd edib. İnstitutda 20 Yanvarla bağlı ölkəmizdə hər ili silsilə tədbirlərin keçirildiyini deyən akademik T.Kərimli gəncləri tariximizin bu qanlı qəhrəmanlıq səhifəsini unutmamağa səsləyib.
Çıxış edən institutun elmi işlər üzrə direktor müavini, fil.ü.e.d. Aybəniz Əliyeva -Kəngərli 90-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqının göstərdiyi yenilməzlik, qəhrəmanlıq, Vətənə, torpağa sədaqəti, müstəqillik və azadlıq uğrunda mübarizə əzminin bütün dünyaya bəyan olunduğunu deyib. Azərbaycan xalqının şəhid adına daim ehtiramla yanaşdığını vurğulayan Aybəniz Əliyeva -Kəngərli Prezident İlham Əliyev tərəfindən şəhid ailələrinə və əlillərə göstərilən diqqət və qayğıdan söz açıb, xalqımıza qarşı törədilən bu cinayəti düzgün tarixi faktlarla gələcək nəslə ötürməyin vacibliyini vurğulayıb.
Sonra institutun elmi işlər üzrə direktor müavini, fil.ü.e.d. Paşa Kərimov 20 Yanvarı təkcə hüzn günü kimi deyil, şanlı bir tarix kimi yad etməyin vacibliyini dilə gətirib. O, 20 Yanvarı sovet imperiyasının digər xalqları əsarətdə saxlamasına sonuncu cəhd kimi dəyərləndirib və imperiya ambisiyalaının məhz Azərbaycanda qırıldığını bildirib.
İnstitutun elmi katibi, dosent Əzizağa Nəcəfov çıxışında faciənin törədilməsində əsas məqsədin işğalçı Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddialarının gerçəkləşməsinə münbit hərbi şərait yaratmaq olduğunu bildirib. O, baş vermiş qanlı olaylardan dərhal sonra xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Respublikanın Moskvadakı daimi nümayəndəliyinə gələrək keçirdiyi mətbuat konfransının mühüm əhəmiyyətini diqqətə çatdırıb.
Sonra söz digər çıxışçılara verilib. Tədbirin sonunda 20 yanvar faciəsinə həsr olunmuş fiılm nümayiş etdirilib.
Ictimaiyyətlə Əlaqələr Şöbəsi