Tədqiqatçılar yeniyetməlik dövrünün 10 yaşdan etibarən başladığını və 24 yaşa qədər davam edə bildiyini söyləyiblər.
Tehsil-press.az “The Lancet Child & Adolescent Health” dərgisinə istinadla xəbər verir ki, əvvəllər 19 yaşda bitdiyi düşünülən yeniyetməlik dövrü 24 yaşa qədər davam edə bilər.
Təhsil müddətinin artması, evlilik və uşaq sahibi olma yaşının gecikməsi yeniyetməlik müddətinin də uzanmasına, yetkinliyə keçidin ertələnməsinə səbəb olur. Buna görə də elm adamları yeniyetməlik dövrünün 10-24 yaş arasını əhatə etdiyinin qəbul edilməsinin vacibliyini bildiriblər.
Araşdırmada ictimai qaydalar və qanunların bu yaş aralığında tənzimlənməsinin zəruriliyi qeyd edilib.0
Alimlər 20 yaşdan sonra da beynin inkişafa davam etdiyini, daha sürətli və daha məhsuldar işlədiyini vurğulayıblar.
Təhsil-press.az