Fəlakət yaxınlaşır - 2050-ci ildən etibarən hər il...

Fəlakət yaxınlaşır - 2050-ci ildən etibarən hər il... Avropanı 2050-ci ildən etibarən daha əvvəl görünməmiş səviyyədə təhlükəli təbii fəlakətlər gözləyir.

Tehsil-press.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu haqda “İqlim dəyişiklikləri” jurnalında dərc olunan araşdırmada deyilir. Təbii fəlakətlər xüsusilə Avropanın cənubi-qərbində artacaq. Araşdırmaçılar normalda 100 ildə bir dəfə baş verən fəlakətlərin 2050-ci ildən başlayaraq hər il baş verə biləcəyini söyləyirlər. Qitənin müxtəlif yerlərində güclü yanğınlar, daşqınlar və fırtınalar baş verəcək.
Araşdırmadan çıxan nəticəyə görə, Aralıq dənizinin sahillərini suraqlıq, sel və isti hava cərəyanları vura bilər. Təbii fəlakətlər daha əvvəl olmadığı qədər ölümcül nəticələrə səbəb ola bilər. İspaniyada 2080-ci ildən etibarən, iqlim dəyişikliyi ilə bağlı olaraq normalda 100 ildən bir baş verən fəlakətlər 6 aydan bir təkrarlana bilər.

tehsil-press.az

Oxşar xəbərlər