37 il öncəki hadisə yenidən gündəmdə - Məşhur aktrisanı əri öldürüb?

37 il öncəki hadisə yenidən gündəmdə - Məşhur aktrisanı əri öldürüb? 1981-ci ilin noyabrın 29-dan 30-na keçən gecə Kaliforniyanın Santa-Katalina adasında naməlum səbəblərdən yaxtadan suya düşüb boğulan 43 yaşlı məşhur amerikalı aktrisa Natali Vudun ölümündə əri, aktyor Robert Vaqnerin əlinin olacağı ehtimal olunur.
ABŞ hüquq-mühafizə orqanları 87 yaşlı Robertin xanımı ölənə qədər onun yanında olduğunu bildirərək yenidən aktyoru dindirmək qərarına gəliblər.
Məlumatda bildirilir ki, yaxtada Nataliya ilə birlikdə daha 3 nəfər olub: onun əri Vaqner, kapitan Dennis Davern və aktyor Kristofer Uoken.
Vaqner 2008-ci ildə qələmə aldığı xatirələrində Natali itməzdən öncə onunla dalaşdığını söyləyib.
Qeyd edək ki, “West side story”, “Rebel without a cause”, “Splendor in the grass” kimi filmlərə çəkilən, iki dəfə “Qızıl qlobus” mükafatını qazanan Natali Vudun ölümü o zamanlar bütün dünyanı sarsıtmış və Hollivudun açılmayan sirlərindən biri kimi yadda qalmışdır.
Aktrisanın təsadüfən suya düşüb boğulduğu haqda nəticə çıxarılsa da, müstəntiqlər 2011-ci ildə yenidən təhqiqat açıblar.

37 il öncəki hadisə yenidən gündəmdə - Məşhur aktrisanı əri öldürüb?

Tehsil-press.az

Oxşar xəbərlər