Nizami rayonu Ə.Mahmudov adına 220 saylı məktəb-liseydə ibtidai müəllimlərdən qanunsuz hazırlıq pulları yığıldığı barədə məlumat yayılıb.
Məlumatı aktyor Rza Rzayev sosial şəbəkədə paylaşıb. O bildirib ki, həmin məktəbdə ibtidai siniflər üzrə direktor müavini olan qohumu Zeynəb Rzayeva müəllimlərdən pul yığmadığı üçün işdən çıxarılıb:
“220 saylı məktəbin direktoru 6 ay öncə işdən çıxarılıb və yerinə əvəzedici kimi Tural Mirzəliyev təyin olunub. T. Mirzəyev müavininə hazırlıq pulu yığmaq tapşırığı verib. Müavini isə bundan imtina etdiyi şəraitdə işindən azad edib. Daha sonra pulun yığılması təsərrüfat müdiri Gülşən adlı xanıma tapşırılıb. Əslində hazırlıq pulları üçün valideynlər ilə müqavilə bağlanmalı və məktəbin hesabına keçirilməlidir. Bunlar pulu nəğd qaydada yığırlar. Pullar guya məktəbə xərclənir. Siyahıda müəllimələrin öz imzaları ilə nə qədər pul verdikləri göstərilib.
Həmin siyahıya əsasən 23 müəllimdən iki ayda 2220 manat pul yığılıb. Müəllimlərdən yığılan hazırlıq pulları 10-120 manat arasında dəyişir.
Yanvar ayının 31-də iclas keçirilib və bildirilib ki, bütün bu Bakı Şəhər Təhsil İdarəsinin tapşırığı ilə həyata keçirilir.
Məsələylə bağlı 220 nömrəli məktəb-liseydən “Qafqazinfo”ya verilən açıqlamada bildirilib ki, sözügedən siyahını ibtidai siniflər üzrə direktor müavini Zeynəb Rzayeva tərəfindən hazırlanıb və hazırda məsələnin də araşdırılması ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub:
“Təhsil müəssisəsinin direktor müavini Zeynəb Rzayeva 29.01.2018-ci il tarixində direktor tərəfindən dəvət edilərək, ona təlim-tərbiyə işləri üzrə direktor müavinlərinin vəzifə səlahiyyətlərinin bölgüsündə II yarımildən etibarən dəyişiklik ediləcəyi bildirilib. Heç bir maaş dəyişikliyi gözlənilmədiyi halda, Zeynəb Rzayeva bu qərara etiraz edib. Təxminən yarım saat sonra özünü Z.Rzayevanın qardaşı kimi təqdim edən Rza Rzayev direktorun otağına daxil olaraq, heç bir səlahiyyəti olmadığı halda məktəbin işinə kobud şəkildə müdaxilə edərək, ifadə edilməsi mümkün olmayan olduqca nalayiq ifadələrlə direktoru təhqir və təhdid edib. Həmin hadisə digər şəxslərin şahidliyi ilə baş verib.
Direktorun xidməti otağında açıq şəkildə quraşdırılmış video kameradan görüntülər və hadisə barədə müvafiq akt hüquq-mühafizə orqanlarına təqdim edilib.
Bundan əlavə, məlum olub ki, direktor müavini Zeynəb Rzayeva müəllimlərdən pul alındığını qeyd etdiyi siyahı hazırlayıb və sonradan həmin siyahıya başlıq əlavə edərək mətbuata verib. Bu məsələnin də araşdırılması ilə bağlı müvafiq müraciət olunub”.
Bakı Şəhər Təhsil İdarəsindən Tehdil-press.az-a bildirilib ki, bu gün 220 nömrəli məktəb-liseydə BŞTİ əməkdaşının iştirakı ilə müəllimlərlə iclas keçirilib və müəllimlər tərəfindən müvafiq iddiaların tamamilə əsassız olduğu məlum olub.
Tehsil-press.az