Yıldırım: Hatay və Kilisə 94 raket buraxılıb

Yıldırım: Hatay və Kilisə 94 raket buraxılıb Bu günədək Hatay və Kilis vilayətlərinə Suriyadan 94 raket buraxılıb.
Nazirin sözlərinə görə, Hatay vilayətinə 60, Kilisə isə 34 raket buraxılıb: "7 dinc sakin həlak olub, daha 113 nəfər isə yaralanıb."
Binali Yıldırım həmçinin deyib ki, "Zeytun budağı" əməliyyatı başlayandan Suriyada 538 hədəf, 935 terrorçu məhv edilib.
Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin şəhərində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

Tehsil-press.az

Oxşar xəbərlər