Türkiyə Suriyada hərbi əməliyyatları cənub sərhədlərində terror təhlükəsi tam aradan qalxana kimi davam etdirəcək. Tehsil-press.az "Anadolu" agentliyinə istinadən məlumat verir ki, bunu Türkiyənin baş naziri Binəli Yıldırım deyib. Onun sözlərinə görə, Türkiyə ərazisi Suriya tərəfdən daim raket zərblərinə məruz qalır ki, bu da hərbi əməliyyatların davam etdirilməsini vacib edir. Xatırladaq ki, ötən gün Türkiyənin Kilis vilayəti Suriya ərazisindən "Qrad" raketlərindən atəş zərbəsinə tutulub ki, nəticədə 6 nəfər yaralanıb.
Tehsil-press.az
Tehsil-press.az