Ərdoğan ABŞ-ı terrorçuları silahla təmin etməyi dayandırmağa çağırıb

Ərdoğan ABŞ-ı terrorçuları silahla təmin etməyi dayandırmağa çağırıb Yanvarın 24-də Türkiyə və ABŞ prezidentləri Rəcəb Tayyib Ərdoğan və Donald Tramp arasında telefon danışığı olub.
Danışığ zaman Suriyadaki son hadisələr, o cümlədən Türkiyənin "Zeytun budağı" əməliyyatı müzakirə olunub. Ərdoğan qeyd edib ki, Türkiyə Afrini terrorçulardan təmizləmək məqsədini güdür.
Türkiyə prezidenti həmçinin deyib ki, ABŞ PYD/YPG terrorçularını silahla təmin etməyi dayandırmalıdır.
Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin şəhərində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

Təhsil-press.az

Oxşar xəbərlər