Türkiyə ordusundan Afrin üçün yeni cəbhə

Türkiyə ordusundan Afrin üçün yeni cəbhə Suriyanın Afrin bölgəsində həyata keçirilən “Zeytun budağı” əməliyyatının üçüncü günündə yeni bir cəbhə açıldı.
Türkiyə Silahlı Quvvələri, Suriyanın Azez qəsəbəsi üzərindən Afrinə doğru irəlləməyə başladı. İlk hədəf olaraq strateji əhəmiyyətə malik Burseya Dağı ələ keçirildi.
Terrorçuların müəyyən edilən hədəflərinin raket və top atəşinə tutulduğu bildirilir.
Qeyd edək ki, “Zeytun budağı” əməliyyatı çərçivəsində Türkiyə ordusunun quru qoşunları Suriyanın Afrin şəhərində 9 yaşayış məntəqəsini terrorçulardan təmizləyib.

Tehsil-press.az

Oxşar xəbərlər