Əsəd öz xalqını bombalayır - 24 saatda 20 uşaq...+Video

Əsəd öz xalqını bombalayır - 24 saatda 20 uşaq...+Video Suriyada Bəşər Əsədə bağlı güclər Şərqi Qutanı bombalamağa davam edir.
Rejim güclərinin son 24 saatda təşkil etdiyi hava hücumlarında 20-si uşaq olmaqla 167 nəfər dünyasını dəyişib.
BMT Qutada mülki vətəndaşların ölümünə səbəb olan münaqişə üçün “həyəcan təbili” çalıb. Qurum rejimin mühasirəsi altında olan Suriyanın Şərqi Quta bölgəsində əhalinin son dərəcə çətin şərtlər altında yaşadığını və qida yetərsizliyindən əziyyət çəkdiyini vurğulayıb.
Evlərini bombardman sırasında itirən qutalı qadın müsəlmanlara səslənib: “Yeyəcək bir tikəmiz yoxd, uşaqlarım üç gündür acdır. Nə edək ? Bir-birimizin ətinimi yeyək?”
BMT bölgədəki 5 xəstəxananın hava hücumlarına məruz qaldığını və 700 nəfərin tibbi yardıma ehtiyacı olduğunu açıqlayıb.
Qeyd edək ki, müxalifətin nəzarətində olan Şərqi Qutada təxminən 400 min insan yaşayır. Lakin Rusiyanın himayəsi altında olan Bəşər Əsəd ötən ilin aprelindən etibarən bölgənin blokadasını və hücumlarını gücləndirib. Çoxlu sayda uşaq xəstəlik və aclıqdan dünyasını dəyişib.



Əsəd öz xalqını bombalayır - 24 saatda 20 uşaq...+Video

Əsəd öz xalqını bombalayır - 24 saatda 20 uşaq...+Video

Tehsil-press.az

Oxşar xəbərlər