BDU-nun Jurnalistika fakültəsinin "Beynəlxalq Jurnalistika Məktəbi" layihəsinin növbəti təlimi Siyasi Psixologiya Mərkəzində baş tutub.
Təlimçi millət vəkili, Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndəliyinin rəhbəri Səməd Seyidov olub.
Millət vəkili jurnalistlərin sosial-siyasi sahədəki fəaliyyətlərinin önəmindən, ölkəmizin uğurlu informasiya siyasətindən, Azərbaycanın beynəlxalq əlaqələrinin inkişafından, Azərbaycan - Ermənistan münasibətlərindən, o cümlədən erməni lobbisinin Qarabağ münaqişəsinə təsirlərindən bəhs edib. Millət vəkili siyasi psixologiya, Şərq və Qərbin qədim və müasir siyasi sistemləri və onların psixoloji aspektləri barədə də məlumat verib.
Sonda mövzular ətrafında müzakirələr aparılıb və tələbələrin çoxsaylı sualları cavablandırılıb.

Hüseyn Şərifov