Əflatun Amaşov tələbələrlə görüşüb

Əflatun Amaşov tələbələrlə görüşüb Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşovun BDU-nun Jurnalistika fakültəsinin tələbələri ilə növbəti görüşü keçirilib.
Dekan dosent Vüqar Əliyev qonağı fakültədə görməkdən məmnunluğunu ifadə edərək Mətbuat Şurasıiləəməkdaşlıq məsələləri, o cümlədən birgə layihələrin reallaşdırılması perspektivlərini müzakirə edib.
Əflatun Amaşov təmsil etdiyi qurum ilə Jurnalistika fakültəsi arasında uğurlu əməkdaşlıq əlaqələrinin qurulduğunu qeyd edərək yeni layihələrin həyata keçiriləcəyinə əminliyini ifadə edib.
Sonra Mətbuat Şurasının sədri tələbələrə “Beynəlxalq jurnalist təşkilatları”mövzusunda mühazirə oxuyub. O, informasiya vasitələrinin bugünkü durumunu, tarix və müasirlik prizmasından jurnalistlərin mövqeyini və vəzifələrini dəyərləndirib. Mühazirədən sonra mövzu ətrafında fikir mübadiləsi aparılıb və tələbələrin çoxsaylısualları cavablandırılıb.

Tehsil-press.az
İnformasiya agentliyi



Oxşar xəbərlər