Dekabrın 27-də Azərbaycan Dillər Universitetində (ADU) Regionşünaslıq kafedrasının müəllimi Şəfəq Mustafayevanın təşkilatçılığı ilə Auditoriya+ layihəsi çərçivəsində “Azərbaycan Respublikası və beynəlxalq təhlükəsizlik problemləri” mövzusunda dəyirmi masa keçirilib.
Ş.Mustafayeva dəyirmi masanın aktual mövzuya həsr edildiyini vurğulayıb və millət vəkili Elman Nəsirova dəvəti qəbul edərək tədbirə qatıldığına görə təşəkkürünü bildirib. O, dəyirmi masanın gənclərin maariflənməsi istiqamətində mühüm rol oynayacağına əminliyini ifadə edib.
Milli Məclisin deputatı, politoloq E.Nəsirov mövzu ilə bağlı fikirlərini iştirakçılarla bölüşüb. “Təhlükəsizliyin olduğunu hiss etməməyin özü ən böyük təhlükədir”-deyən deputat terrorizmin artdığı dövrdə təhlükəsizlik məsələlərinə xüsusi önəm verilməsinin zəruriliyini qeyd edib. E.Nəsirov daha sonra enerji təhlükəsizliyindən söz açıb. O, bildirib ki, enerji potensialına və onun daşınmasına malik olan dövlətlər güclü dövlətlərdir. Bu mənada Azərbaycanın da inkişaf etmiş dövlət olmaq üçün geniş potensialı var. “Enerji ehtiyatlarına sahib olmaq həm də təhlükə yaradır”-deyən deputat Azərbaycanın beynəlxalq və regional səviyyədə yeritdiyi düzgün enerji siyasəti hesabına belə təhlükələrdən sığortalandığını sözlərinə əlavə edib.
Dəyirmi masada həmçinin terrorizm və onun adi cinayətlərdən fərqi, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları, Ermənistanın silahlanmasının region üçün yaratdığı təhlükələr və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb, tələbələrin sualları cavablandırılıb.
ADU-nun Mətbuat Xidməti