Çin prezidentinin ömürlük iqtidarda qalmasına icazə verildi

Çin prezidentinin ömürlük iqtidarda qalmasına icazə verildi Ümumçin Xalq Nümayəndələri Məclisinin deputatları ölkə Konstitusiyasına ÇXR-ın sədrinin vəzifəsində qalmasına məhdudiyyətləri ləğv edən düzəlişlərin edilməsini təsdiq ediblər.
Bu barədə “Sinxua” agentliyi məlumat yayıb.
Sözü gedən düzəlişlər fevral ayının sonunda Çin Kommunist Partiyası tərəfindən təklif olunub.
Beləliklə, bundan sonar Çin Xalq Respublikasının sədri və onun müavini heç bir məhdudiyyət olmadan dövlət başçısı vəzifəsinə seçilə bilərlər.
Xatırladaq ki, bugünədək onlar öz vəzifəsinə yalnız iki beşillkik müddətə seçilə bilərdilər.

Tehsil-press.az

Oxşar xəbərlər