Daha bir deputatın kəndi bərpa olundu - Yeni köç başlayır

Daha bir deputatın kəndi bərpa olundu - Yeni köç başlayır 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsinin Milli Məclisdəki deputatı Ceyhun Məmmədovun doğma kəndində bərpa işləri başa çatıb.

Yaxın günlərdə kəndə köç olacaq.

Bunu saytımıza açıqlamasında deputat Ceyhun Məmmədov özü də təsdiqləyib.

"Artıq Cəbrayılın bir neçə kəndi bərpa olunub. Şükürbəyli kəndində də işlər artıq yekunlaşıb. Bu yaxınlarda köç olacaq",-deyə parlamentari qeyd edib.

"Əlbəttə, hesab edirəm ən birinci biz geri qayıtmalı, gedib orada yaşamalıyıq. Çünki bizim hər birimizin ən böyük arzusu torpaqlarımızın azad olunması idi. İllərdir səbirsizliklə bu günü gözləyirdik və Allaha şükür, nəhayət torpaqlarımız işğaldan azad olunub. Hamımızın borcudur ki, gedək orada yaşayaq və oraları dirçəldək. Burada Prezident İlham Əliyevin səyləri, həyata keçirdiyi işlər, atdığı addımlar var. Eyni zamanda o torpaqlar uğrunda nə qədər vətəndaşımızı itirmişik, şəhidlərimizin qanı töküb. Ona görə də mən də, qohumlarım da, yaxınlarım da, ətrafım və bütün cəbrayıllılar səbirsizliklə ora qayıtmağı gözləyirik", - millət vəkili deyib.

Ceyhun Məmmədov 28 yanvar 1975-ci ildə Cəbrayıl rayonunun Şükürbəyli kəndində anadan olub.

Xatırladaq ki, Milli Məclisin 118 saylı Ağdam - Xocalı seçki dairəsindən deputatı Elman Məmmədov bu yaxınlarda doğma yurduna - Xocalıdakı evinə köçüb. O builki Novruz bayramının tonqalını 34 ildən sonra Xocalıdakı evinin həyətində yandırıb.

Tehsil-press.az

Oxşar xəbərlər