"Tam əminliklə söyləyə bilərəm ki, Azərbaycanda prezident seçkiləri şəffaf keçirilir".
Bunu Təhsil-press.az-a İslam Əməkdaşlıq Təşkilatının Parlamentlər Assambleyasının başçısının müavini, iranlı müşahidəçi Muhəmməd Əli Əsgər Məhəmmədi deyib.
O, müşahidə apardığı seçki məntəqələrində şəffaflığın təmin edildiyini də söyləyib:
"Bundan əvvəl də 4 seçki məntəqəsində olmuşam. Diqqətimi çəkən ən maraqlı məqamlardan biri budur ki, siyahılarda seçicilərin adları, onların tələb etdikləri sənədlər tam dəqiq yoxlanılır. Eyni halı onların hər birində müşahidə etmişəm. Bu, onun göstəricisidir ki, seçki prosesinə çox ciddi yanaşma var".
Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilir. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.
Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərir. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının saytından da izləmək mümkündür. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.
Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyir.
Prezident seçkilərində səsvermə saat 19:00-da sona çatacaq. Hazırkı məlumata əsasən, Azərbaycanda 5 milyon 309 min 434 nəfər səsvermə hüququ olan şəxs var, onlardan 50.78 faizini qadınlar, 49.22 faizi isə kişilər təşkil edir.
Saat 10:00-a olan məlumata görə, prezident seçkilərində respublika üzrə seçicilərin 18,71 faizi, yəni 994 196 seçici səs verib.
Tehsil-press.az