“Stress xərçəng xəstəliyinə səbəb ola bilər” – Onkoloqdan AÇIQLAMA

“Stress xərçəng xəstəliyinə səbəb ola bilər” – Onkoloqdan AÇIQLAMA Onkoloji xəstəliklərin əmələ gəlməsində psixoloji amillər rol oynayır.
Bunu açıqlamasında onkoloq Rəna Niftəliyeva deyib:
“Ağır stress, depressiya zamanı immunitet sistemi zəifləyir. Bu zaman xərçəng və ya başqa hər hansı xəstəlik daha tez yaranır, əgər o xəstəlik varsa, inkişaf edir. Ümumiyyətlə xərçəng diaqnozu qoyulan xəstələr xəstəliyin ağırlığından, ölüm qorxusundan özlərini daha tez ruhdan salırlar. Buna görə, xəstə və ailə üzvlərinə psixoloji dəstək göstərilməlidir”.
Həkim əlavə edib ki, onkoloji xəstələrdə yaranan halsızlığın 50-60 faiz səbəbi depressiyadır. Depressiya olduqda ağrılar da şiddətli olur.
Xərçəng xəstələrində psixoterapiya xəstəliyin müalicəsində tamamlayıcıdır. Xəstəyə xəstəliyin tipinə, mərhələsinə görə yardım edilir. Bu, onların əhval-ruhiyyəsinin yaxşılaşdırılmasına, cəmiyyətə adaptasiya olunmaqlarına kömək edir.

Tehsil-press.az

Oxşar xəbərlər