Süd vəzi xərçəngi qadınlar arasında ən çox yayılmış xərçəng növüdür. Bu xəstəliyin qarşısını almaq məqsədilə Ümumdünya Səhiyyə Təşkilatı bir sıra tövsiyələr hazırlayıb. Tövsiyələrdən biri də 20 yaşdan yuxarı hər bir qadının özünü müayinə etməsidir. Müayinə zamanı şişkinlik hiss edərlərsə, mütləq həkimə müraciət etməlidirlər.
Bu sözləri Tehsil-press.az-a süd vəzi xərçəngindən danışan həkim-onkoloq Rəna Niftəliyeva deyib. O bildirib ki, heç bir şikayət olmasa belə, 20-35 yaş arası hər bir xanım iki ildə bir dəfə süd vəzilərinin ultrasəs və mammoloq müayinəsindən keçməlidir:
“İlk mammoqrafiya 35 yaşda çəkilir. 40-50 yaş arasında isə iki ildə bir dəfə mammoqrafiya müayinəsi tövsiyə olunur. 50 yaşdan yuxarı xanımlar isə ildə iki dəfə həkim müayinəsi və ultrasəs müayinəsindən, bir dəfə isə mammoqrafiya müayinəsindən keçməlidirlər. Bu müayinələrin köməyi ilə süd vəzi xərçəngini vaxtında aşkarlamaq olar. Xərçəng ilkin mərhələdə aşkarlanarsa, müalicə daha effektli olar. Xərçəngönü xəstəliklər dediyimiz vəziyyətlər vardır ki, onların vaxtında aşkarlanıb müalicə olunması xərçəngin qarşısını ala bilər.
Həkim-onkoloq Rəna Niftəliyeva Bioloji Təbabət Klinikasında süd vəzi xəstəliklərinin müalicə üsullarından da danışıb:
“Biotənzimləyici preparatlar vasitəsilə süd vəzinin xoşxassəli və xərçəngönü dəyişiklikləri, həmçinin, digər orqanların xərçəngönü xəstəlikləri müalicə olunur ki, bu da gələcəkdə xərçəng xəstəliyinin inkişafını qarşısını alır. Bu preparatlar vasitəsilə orqanizmin bütün orqan sistemlərinin təmizlənməsi həyata keçirilir, immun sistem gücləndirilir ki, bunun vasitəsilə orqanizm özü-özünü xərçəngdən müdafiə edir. Həmçinin, istifadə etdiyimiz biotənzimləyici preparatlar onkoloji xəstələrin terapiyasında istifadə olunan kimyəvi dərmanların törətdiyi əlavə təsirləri aradan qaldırmağa, xəstənin həyat keyfiyyətini xeyli yaxşılaşdırmağa kömək edir”.
Ünvan: Bakı ş., 3 mkr, Pişəvəri 110 (Cavadxan küç. 24), Memar Əcəmi m. st. yaxınlığı. Telefon: (012,050,055,070) 430 89 89
əmalə Rəhimli