Ermənistan prezidenti ölkədəki vəziyyətə münasibət bildirib

Ermənistan prezidenti ölkədəki vəziyyətə münasibət bildirib Ermənistan prezidenti Armen Sarkisyan İrəvanda baş verən son hadisələrə münasibət bildirib.
Bu barədə dövlət başçısının saytında məlumat dərc olunub.
“Ölkəmizdə baş verən proseslər təhlükəli həddə çatıb ki, bu da qarşısıalınmaz nəticələrə gətirib çıxara bilər. Təəssüf ki, ötən gün əldə olunmuş razılaşmanın əksinə olaraq, danışıqlar pozuldu, halbuki bu, vəziyyəti sakitləşdirə və gərginliyi azalda bilərdi”, — deyə prezident bildirib.
Prezident ölkədə stabilliyi poza biləcək addımlardan çəkinməyə və dialoqa çağırıb.

Tehsil-press.az


Oxşar xəbərlər