Serj Sarkisyan öz ətrafına etibar etmir

Serj Sarkisyan öz ətrafına etibar etmir Ermənistan prezidenti Serj Sarkisyan çevrəsində olanlara etibar etmir.

Təhsil-press.az bildirir ki, bu barədə “Qraparak” qəzeti hakimiyyətdəki mənbələrinə istinadən məlumat yayıb.
"Əgər əvvəlki seçkilərdə, hətta prezident seçkilərində belə, qərargaha yalnız bir neçə dəqiqəliyə gələrdisə, o da axşam, indi hər yerə özü gedir, baxır, yoxlayır”- qəzet yazır.
Qəzet ortaya belə bir sual qoyur: bu nəyə görədir - prezident postunu tərk edir, yoxsa Ermənistan Respublika Partiyasına olan ümid göstəricisi aşağıdır?
"Yox, bu dəfə o, seçkilərin əvvəlkilərdən daha yaxşı keçməsini istəyir”, — nəşr yazır.
Qəzet, həmçinin xatırladır ki, bu gün Serj Sarkisyan və Ermənistan Respublika Partiyasının sədr müavini Armen Aşotyan Avropa Xalq Partiyasının qurultayında iştirak etmək üçün Maltaya yola düşürlər.

Təhsil-press.az

Oxşar xəbərlər