Avropada dövlət yaratmaq istəyən təşkilatdan - Açıqlama

Avropada dövlət yaratmaq istəyən təşkilatdan - Açıqlama ETA terror təşkilatı fəaliyyətini dayandırıb.
Bu barədə İspaniyanın "El Diario" qəzeti məlumat yayıb.
Qəzet bildirir ki, ETA məktub yayaraq fəaliyyətini dayandırdığını bəyan edib.
Qeyd edək ki, ETA terror təşkilatı 1959-cu ildə yaranıb. Təşkilatın hədəfi baskların dövlətini yaratmaq olub. İspaniya və Fransada mübarizə aparan terror təşkilatı indiyə qədər 820 can alıb.
2011-ci ildə terror təşkilatı silahlı fəaliyyətini dayandırdığını açıqlayıb. Təşkilat təxminən 10 gün əvvəl qurbanlarına görə üzr istəyib.

Tehsil-press.az

Oxşar xəbərlər