Öncə Xocalı faciəsi qurbanlarının və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İnstitutun direktor vəzifəsini icra edən, professor Səyyarə İbadullayeva tədbiri açaraq, Xocalı soyqırımının ermənilərin tarixən xalqımıza qarşı apardığı etnik təmizləmə və işğal siyasətinin tərkib hissəsi olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, Xocalıda törədilən soyqırım təkcə Azərbaycan xalqına qarşı deyil, bütöv bəşəriyyətə qarşı yönəldilən qanlı cinayətdir. Xocalı soyqırımının xalqımızın qan yaddaşının ən dəhşətli və unudulmaz səhifələrindən biri olduğunu qeyd edən alim, bu faciə haqqında dünya ictimaiyyətinin davamlı məlumatlandırılmasının vacibliyini vurğulayıb. 44 günlük Vətən müharibəsində ordumuzun qazandığı şanlı zəfərdən və dövlət rəhbərliyinin uzaqgörən siyasətindən danışaraq, erməni vandalizmi qurbanlarının qisasının alındığını söyləyib.
Hazırda sapı özümüzdən olan anti-milli baltalar Cənab Prezident İlham Əliyevi fərd olaraq yox, zəfər və sülh reallığının memarı və qarantı kimi hədəfə alıblar. Ona görə Azərbaycan xalqı bu prosseslərdə ayıq-sayıq dayanmalı, prezidentimizə uzanan dil və əl elə bu xalq tərəfindən kəsilməlidir.
Tədbirdə Qadınlar Şurasının sədri, dosent Aygün Məmmədova, Bioloji Ehtiyatlar və Fərdi Maddələrin alınması Texnologiyası Laboratoriyasının müdiri, dosent Hilal İmanlı və Gənc Alim və Mütəxəssislər şurasının sədri, biologiya üzrə fəlsəfə doktoru Şəbnəm İsayeva Xocalı soyqırımı ilə bağlı təəssüratlarını bölüşüblər.
Tədbirdə soyqırımı əks etdirən videoçarx nümayiş etdirilib.
Sonda Botanika İnstitutunun əməkdaşları Xocalı Soyqırımı abidəsini ziyarət ediblər.
Tehsil-press.az










