Çexiya mayın sonuna qədər Qüdsdə fəxri konsulluq açacaq.
Bu barədə ölkənin baş naziri Andrey Babiş "Twitter" mikrobloqunda yazıb.
Fəxri konsulluqdan başqa Çexiya ilin sonuna qədər Qüdsdə ticarət-iqtisadiyyat və mədəniyyət məsələləri ilə məşğul olan "Çexiya evi" açmağı da planlaşdırır.
Qeyd edək ki, bu gün Qüdsdə ABŞ səfirliyinin açılış mərasimi keçirilib.
Buna etiraz olaraq Qəzza zolağı ilə sərhəddə keçirilən aksiyalarda İsrail əsgərləri ilə toqquşmada 40-dan artıq fələstinlinin öldüyü bildirilir.
ABŞ prezidenti Donald Tramp ötən ilin dekabr ayında Qüdsü İsrailin paytaxtı kimi tanıyaraq ölkənin Təl-Əvivdəki səfriliyinin Qüdsə köçürülməsi barədə qərar vermişdi.
İsrail Xarici İşlər Nazirliyi Qvatemala və Paraqvayın da səfirliklərini Qüdsə köçürmək niyyətində olduğunu bildirib.
Tehsil-press.az