Tramp administrasiyası müttəfiqlərinə bildirib ki, ABŞ-ın İsraildəki diplomatik nümayəndəliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi ilə bağlı planları qüvvədədir.
Tehsil-press.az xəbər verir ki, ərəb ölkələrinin bu addımı atmamaq çağırışlarına baxmayaraq, ABŞ-ın planları artıq mayın 24-də İsraildə “Qüds Günü” qeyd olunduqda rəsmən açıqlana bilər.
Avropa və ərəb ölkələri yeni administrasiyaya bu addımın Fələstin-İsrail arasındakı sülh prosesinin pozulmasına səbəb olacağı, eləcə də ABŞ-ın Yaxın Şərqdəki nüfuzuna zərər gətirə biləcəyi barədə xəbərdarlıq edib.
Fələstin Prezidenti Mahmud Abbas isə deyib ki, Qüdsün statusunu deyişən istənilən addım və yaxud bəyanat heç bir halda qəbul olunmayacaq.
Tehsil-press.az