“Hər kəs bu məqaləni oxusun...” - Əli Həsənov çağırış etdi

“Hər kəs bu məqaləni oxusun...” - Əli Həsənov çağırış etdi Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov hər bir azərbaycanlını kinorejissor Ayaz Salayevin Rüstəm İbrahimbəyovla bağlı son məqaləsini oxumağa çağırıb. Əli Həsənov “Facebook” səhifəsində məqaləni paylaşaraq oxuculara münasibət bildirmələri üçün müraciət edib:
“İstərdim ki, hər bir azərbaycanlı hörmətli kinorejissor Ayaz Salayevin bu məqaləsini oxusun və təkcə milli hisslərini, milli mənsubiyyətini, milli dəyərlərini deyil, həm də adi insani keyfiyyətlərini itirərək haqqı, ədaləti və reallığı danan bu “məşhur senaristə”, Rüstəm İbrahimbəyov adlanan milli dönüyə münasibət bildirsinlər”.
Prezidentin köməkçisi azərbaycanlıları qorxaq, eyni zamanda vəhşi, erməniləri isə cəsur və qurban kimi göstərən İbrahimbəyovun yeni filmini tənqid edən Salayevə əsl vətəndaşlıq mövqeyinə görə təşəkkürünü bildirib.
Qeyd edək ki, Ayaz Salayevin tənqidi məqaləsi 2015-ci ildə çəkilən “Qafqaz triosu” filminə həsr olunub. Filmin rejissorları Eldar Şenqelaya, Fuad İbrahimbəyov, ssenaristi Rüstəm İbrahimbəyovdur.
“Xalqı işğal olunmuş doğma torpaqlarının qaytarılması arzusu ilə yaşayan, öldürülən azərbaycanlı uşaqların fotolarını görməməsi mümkünsüz olan yazıçı İbrahimbəyovu bu gün incəsənət xadimi kimi bir problem narahat edir – erməninin Bakıya rahat və təhlükəsiz şəraitdə gəlməsi” -deyə A.Salayev məqaləsində qeyd edir.
Məqaləni bu linkdən oxuya bilərsiz.



Tehsil-press.az

Oxşar xəbərlər