Amerika xalqı öz seçimini etdi və Donald Trampı Prezident seçdi. Bu, Amerika xalqının seçimidir və bu seçimə dünya birliyinin bütün üzvləri kimi, Azərbaycan da hörmətlə yanaşır və Trampla əməkdaşlığa ümid edir. Azərbaycan Prezidenti İlham Əliyev də Donald Trampa prezident seçilməsi ilə əlaqədar təbrik məktubu ünvanladı.
Tehsil-press.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov jurnalistlərə müsahibəsində deyib.
Prezidentin köməkçisi bildirib ki, Azərbaycan ilə ABŞ arasında çox səmərəli əməkdaşlıq sahələri var. Bunların sırasına enerji sahəsində beynəlxalq əməkdaşlığı, regional və beynəlxalq nəqliyyat, kommunikasiya sahəsində əməkdaşlığı aid etmək olar. Uğurlu əməkdaşlıq sahələrindən biri də təhlükəsizliyin təmin olunmasıdır. Biz neçə ildir ki, Amerika Birləşmiş Ştatları ilə birlikdə dünyada sülhyaratma proseslərində iştirak edirik. Azərbaycan əsgərləri ABŞ əsgərləri ilə çiyin-çiyinə Avropada və dünyanın digər qaynar nöqtələrində sülhyaratma prosesində iştirak edirlər. Digər sahələri də qeyd etmək olar. Bu sahələrdə əməkdaşlıq davam edəcək. Ancaq bizim ən böyük gözləntimiz, - bu, Prezident İlham Əliyevin məktubunda da qeyd olunub, - Amerika Birləşmiş Ştatlarının Minsk qrupunda öz fəaliyyətini daha da fəallaşdırması, dinamikləşdirməsidir. Düşünürük ki, nəhayət Donald Trampın rəhbərliyi altında Amerika Birləşmiş Ştatları və onun Minsk qrupundakı fəaliyyəti bir az da fəallaşacaq və neçə illərdir həllini gözləyən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi öz həllini tapacaq, bu prosesdə mövcud status-kvo aradan qalxacaq və prosesə bir dinamizm gələcək.
Əli Həsənov vurğulayıb ki, Azərbaycan ilə ABŞ arasında digər sahələr üzrə də əməkdaşlıq davam və inkişaf edəcək.
Tehsil-press.az