İspaniya konqresi Mariano Rajoyun başçılıq etdiyi hökumətə etimadsızlıq göstərib.
180 deputat Nazirlər Kabinetinə etimadsızlığını ifadə edib, 169 nəfər əleyhinə səs verib, bir deputat isə bitərəf qalıb.
Səsvermədən əvvəl parlamentdə çıxış edən Rajoy nəticəni gözləmədən məğlubiyyətini etiraf edib və istefasını təqdim edib. Yeni baş nazir Sosialist İşçi partiyasından Pedro Sançes olacaq.
Qeyd edək ki, baş nazirin adı üzvü olduğu Xalq Partiyası ilə əlaqəli korrupsiya qalmaqalına qarışıb. Daha əvvəl istefaya getməkdən imtina etdiyini və 2020-ci ilə kimi postunda qalmaq niyyətində olduğunu bəyan etmişdi.
Tehsil-press.az