17 qadın deputat oldu - İranda

17 qadın deputat oldu - İranda İranda 17 qadın deputat seçilib.Tehsil-press.az ANSpressə istinadən xəbər verir ki, 13 qadın deputat parlament seçkilərinin fevralın 26-da keçirilən ilk turunda seçilib, daha 4 nəfər isə ötən gün baş tutan seçkilərin ikinci turunda parlamentdə yer alıblar.
Eskpertlərin fikirincə, parlamentdə qadın-deputatların olması İran cəmiyyətində qadınların ümumi durumunu yaxşılaşdırmağa imkan verəcək.
"Bizim əsas məqsədlərimizdən biri qadınların kişi siyasətçilər arasında örnək olmasıdır", - deyə Tehrandan deputat seçilən qadın bildirir.
Bundan əvvəl İran tarixində parlamentdə qadınlar ən çox yərə 5-ci çağırışda sahib olmuşdular. O zaman qadın millət vəkillərinin sayı 14 idi. Lakin bu rəqəm siyasi ab-havaya görə azalmışdı və parlamentin 9-cu çağırışında sadəcə 10 qadın-deputat var idi. Ümümilikdə isə son 9 parlamentlərin tərkibində 78 qadın olub.
Bu dəfə ki, 10-cu çağırış parlamentindəki qadınların bir çoxu islahatçılar düşərgəsinə və ya müstəgil namizədlərə aiddirlər.

tehsil-press.az

Oxşar xəbərlər