İranlı sevgililər Türkiyədə göz yaşı tökdülər - “Qayıtsaq edam edəcəklər”

İranlı sevgililər Türkiyədə göz yaşı tökdülər - “Qayıtsaq edam edəcəklər” Türkiyəyə qaçaq yollarla girən İran vətəndaşı gənc qadınla kişi ölkələrinə deportasiya olunmamaq üçün göz yaşı töküblər.
Vandan ölkə ərazisinə qanunsuz olaraq daxil olan İran vətəndaşları Adanadan İstanbula, oradan isə Avropa ölkələrinə keçməyi planlaşdırıblar.
Polis qanunsuz immiqrantların ölkələrinə deportasiya olunacağını bildirdikdə isə iranlı qadınla kişi ağlamağa başlayıblar.
Gənc qadın başı açıq və boyalı olduğu üçün ölkəsində qolunun kəsiləcəyini, sevgilisinin bədənində döymələr olduğu üçün edam ediləcəyini söyləyib.
Polisə xeyli yalvarsalar da faydası olmayıb və hər iki şəxs saxlanılan digər 51 immiqrant kimi deportasiya olunublar.

İranlı sevgililər Türkiyədə göz yaşı tökdülər - “Qayıtsaq edam edəcəklər”İranlı sevgililər Türkiyədə göz yaşı tökdülər - “Qayıtsaq edam edəcəklər”

Tehsil-press.az

Oxşar xəbərlər