Azərbaycanda onların sayı artıb, daha çoxu Bakıda yaşayır - 2051 nəfər

Azərbaycanda onların sayı artıb, daha çoxu Bakıda yaşayır - 2051 nəfər Azərbaycanda son illər ərzində yaşı 90 və daha çox olan şəxslərin sayı 3341 nəfər, başqa sözlə 39,4 faiz artıb.
2013-cü ildə ölkədə 8479 nəfər (6303 nəfər qadın, 2176 nəfər kişi) yaşı 90 və daha yuxarı yaşda olan insan olduğu halda, 2014-cü ildə bu rəqəm 9171 (6626 nəfər qadın, 2545 nəfər kişi), 2015-ci ildə 10 171 (7092 nəfər qadın, 3079 nəfər kişi), 2016-cı ildə 10 880 (7370 nəfər qadın, 3510 nəfər kişi), 2017-ci 11 820 (7710 nəfər kişi, 4110 nəfər qadın) nəfər olub.
Ölkədəki uzunömürlülərin çoxu Yuxarı Qarabağ iqtisadi rayonunun - Cəbrayıl, Füzuli, Ağdam, Tərtər, Xocalı, Şuşa, Xocavənd, Xankəndinin payına düşür.
2013-cü ildə bu rayonların sakinlərindən 1628-i yaşı 90 və daha yuxarı olduğu halda, 2017-ci ildə bu say 2887 nəfərə çatıb.
Ötən il Bakıda 2051, Aran iqtisadi rayonunda 1663, Gəncə-Qazax iqtisadi rayonunda 1610, Naxçıvan Muxtar Respublikasında 593, Kəlbəcər-Laçın iqtisadi rayonunda 575, Şəki-Zaqatala iqtisadi rayonunda 537, Lənkəran iqtisadi rayonunda 515, Quba-Xaçmaz iqtisadi rayonunda 483, Dağlıq Şirvan iqtisadi rayonunda 472, Abşeron iqtisadi rayonunda 434 nəfər 90 və daha yuxarı yaşda olan insan qeydə alınıb.

Tehsil-press.az

Oxşar xəbərlər