ABŞ Konqresinin Azərbaycan üzrə İşçi Qrupunun (59 nəfər Konqres üzvü İşçi Qrupda təmsil olunur) həmsədrləri Stiv Kohen (Demokrat – Tennesi) və Bil Şuster (Respublikaçı – Pensilvaniya) Azərbaycan Demokratik Respublikasının 100 illik yubileyi ilə bağlı bəyanatlar veriblər.
Konqresmen Stiv Kohen Azərbaycanı 100 illik münasibətilə təbrik edərək bəyanatda bildirir ki, 28 may Azərbaycan xalqının 1918-ci ildə Rusiya imperiyasından müstəqilliyinin əldə edilməsi və Azərbaycan Demokratik Respublikasının yaranması günü kimi qeyd edilir. Azərbaycanın müstəqilliyinə 1920-ci ildə Sovet qoşunları tərəfindən son qoyulmasına baxmayaraq, Azərbaycan Demokratik Respublikasının dünyada müsəlman çoxluğa malik ilk dünyəvi parlament demokratik respublika kimi formalaşmasının və Prezident Vudro Vilson administrasiyası zamanında ABŞ tərəfindən diplomatik tanınmasının diqqətəlayiq olduğu bəyanatda vurğulanır. Bəyanatda həmçinin xatırlanır ki, Azərbaycan Demokratik Respublikası 1918-ci ildə öz vətəndaşlarını universal seçki hüququ ilə təmin etmiş, bununla da qadınlara seçki hüququ verən ilk müsəlman dövlət kimi bərqərar olub.
Daha sonra bəyanatda qeyd olunur ki, Sovet İttifaqı dağılan zaman, Azərbaycan, Parlamentinin Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı ilə 1991-ci il 18 oktyabr tarixində öz müstəqilliyini bərpa edib.
Azərbaycanın qlobal enerji təhlükəsizliyinin artırılmasında əsas rol oynayan dövlət kimi formalaşdığı bəyanatda diqqətə çatdırılır. Xəzər dənizindən başlamaqla Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan və Albaniyadan keçməklə İtaliyaya çəkilən Cənub Qaz Dəhlizinin yekunlaşması və Xəzər dənizindən Avropa bazarlarına təbii qazın həcminin çoxalması ilə Amerikanın əsas müttəfiqlərinin enerji təhlükəsizliyinin artacağı xüsusi vurğulanır.
Bəyanatın sonunda, 100 illik münasibətilə Azərbaycan xalqına təbriklər çatdırılır, ABŞ və Azərbaycan arasında tərəfdaşlığın tərəqqi etməsi və hər iki xalqa xeyir gətirməsi arzu olunur.
Tehsil-press.az