Təhsil Nazirliyi sisteminə daxil olan ümumtəhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi başa çatıb.
İyunun 4-dən 11-dək keçirilən elektron sənəd qəbulu prosesi bitdikdən sonra müraciətlər araşdırılıb, 5865 namizədin ərizəsi qəbul edilib. Yerləşdirmə zamanı namizədlərin diaqnostik qiymətləndirilmə və müəllimlərin işə qəbulu üzrə imtahan nəticələri əsas tutulmaqla yanaşı, iş yerini dəyişdirmək üçün qeyd etdikləri səbəblər və sosial amillər nəzərə alınıb.
Nəticələrə əsasən, 1726 namizədin iş yerini dəyişməsinə razılıq verilib. Nəticələr hər bir müəllimin şəxsi səhifəsində yerləşdirilib.
Müsabiqədən uğurla keçən namizədlərdən yerdəyişməni təsdiq etmələri məqsədilə sənədlərini iyunun 27-dən 28-dək Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun nəzdində İnsan Resursları Mərkəzinə gətirmələri tələb olunur.
Tehsil-press.az