Virtual pullar bazarında SON QİYMƏTLƏR dəyişdi

Virtual pullar bazarında SON QİYMƏTLƏR dəyişdi Bitkoinin qiyməti ötən həftənin sonunda 2017-ci ilin noyabr ayından ilk dəfə 6 min dollar həddindən aşağı düşdükdən sonra bu həftə yüksəlməyə başlayıb.
Mütəxəssislər kriptovalyutanın qiymətinin yaxın müddət ərzində qeyri-stabil qrafik sərgiləyəcəyini proqnozlaşdırır.
"CoinMarketCap" portalının məlumatına əsasən bitkoinin qiyməti son sutka ərzində 3,58% bahalaşaraq 6 157 dollar təşkil edib.
Alternativ kriptovalyutaların qiyməti müxtəlif istiqamətlərdə dəyişib. Belə ki, "Ethereum" 0,01% və ya 497,13 dollaradək ucuzlaşıb, "Ripple" 2,25% (0,48 dollara qədər), "Bitcoin Cash" 5% (744,18 dollaradək) bahalaşıb.
Kriptovalyuta bazarının kapitallaşması hazırda 250,88 milyard dollar təşkil edir və bunun 42 faizi bitkoinin payına düşür.

Tehsil-press.az

Oxşar xəbərlər