PKK-nı təbliğ edən müğənni həbs olundu

PKK-nı təbliğ edən müğənni həbs olundu Türkiyədə Almaniya vətəndaşı olan və “Hozan Cane” kimi tanınan müğənni Saide İnaç həbs olunub. O, terror təşkilatı olan PKK-nı təbliğ etməkdə günahlandırılır.
Şənbə günü polislərin apardığı əməliyyat nəticəsində həbs olunan sənətçi ifadə verib. O, PKK hərbiçiləri ilə şəkil çəkdirməsinə belə aydınlıq gətirib: “Film çəkirdik. Bu səbəbdən onlarla şəkil çəkdirdim”.

Tehsil-press.az

Oxşar xəbərlər