Daha bir reket-jurnalist həbs olundu

Daha bir reket-jurnalist həbs olundu İsmayıllıda daha bir reket-jurnalist həbs olunub.

Bu haqda həmin jurnalistin-Elçin İsmayıllının vəkili İslam İsmayılov məlumat verib. Məlumata görə, onun haqqında Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu yolu ilə pul tələb etmə) və 308-ci (vəzifəsindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.
İstintaq materiallarına görə, jurnalist İsmayıllı rayon Mədəniyyət və turizm şöbəsinin bir əməkdaşı haqqında neqativ məlumat yayacağı ilə bağlı pul tələb etməkdə günahlandırılır.

Təhsil-press.az

Oxşar xəbərlər