Tətil məktəblilər üçün yalnız istirahət demək deyil
Yay tətilinin “ekvator”una doğru irəliləyirik. Uşaqlar istirahət günlərinin “dad”ını maksimum çıxarmağa, valideynlər isə qarşıdan gələn tədris ilinin planlarını cızmağa çalışırlar. Sirr deyil ki, bəzi ailələr yay istirahətini təşkil edərkən uşaqları da nəzərə almağa çalışırlar. Təbii ki, bu, ilk növbədə ailənin rifah halı ilə ayaqlaşmalı olan məsələdir. Kimin imkanı var, xarici ölkələrə səfərlərə çıxır, kimin maddi durumu icazə vermirsə, Xəzərin sahilləri ilə kifayətlənməli olur. Azərbaycanın müxtəlif güşələrindən onminlərlə ailə var ki, övladı üçün Xəzər dənizi də əlçatmazdır: ata və ana gündəlik işlə məşğuldurlar, ona görə də uşaqlar doğma məhəllə və ya küçədə top qovmağı da il ərzində yaranan nadir fürsət sayırlar.
Mövzuya dair statistikaya malik olmasaq da, əminliklə deyə bilərik ki, övladlarımızın əksəriyyəti yay tətilini Azərbaycanda keçirirlər. Bəs dünyada necə? Müxtəlif ölkələrdə məktəblilər üçün yay tətili nə deməkdir?
YAPONİYAda məktəblilər üçün tətil anlayışı nisbidir. Bu ölkədə yeni tədris ili aprelin 1-də start götürür, martın 1-də başa çatır. Yəni, yapon uşaq üçün il ərzində cəmi bir ay istirahət etmək imkanı yaranır və bu şans heç də yay aylarına təsadüf etmir. Yaponlar hesab edirlər ki, “tətil il ərzində yaxşa başa düşülməyən mövzunun və ya fənnin yenidən öyrənilməsi üçün mövcud olan imkandır”. Bu səbəbdən uşaqların əksəriyyəti bir aylıq tətil zamanı müəllimlərin verdikləri tapşırıqların yerinə yetirilməsi ilə məşğul olurlar.
İTALYAnlar yaponlardan fərqli olaraq uşaqları “sıxışdırmağı” sevmirlər. Bu ölkədə orta məktəblərdə 3 dəfə tətil olur: Yeni il zamanı (bir neçə həftə), mart, yaxud aprel ayında (bir həftə) və yayda. Tədris ili sentyabrdan iyunadək davam edir. Uşaqlar yay ərzində dərsləri təkrar etdilər, ya etmədilər, öz məsuliyyətləridir. Adətən məktəblilər tətili öz ailələri ilə birlikdə keçirirlər.
FRANSAda tədris müəssisələrinin iş cədvəli ilə yanaşı, tətil tarixi də regiondan-regiona fərqlənir. Məktəblərdə il ərzində irili-xırdalı təqribən 5 dəfə tətil olur, ümummilli bayramlar istisna olmaqla. Valideynlər, xüsusilə analar uşaqları yayda məktəb tapşırıqlarını unutmamaları üçün nəzarətdə saxlayırlar. Ümumiyyətlə, hesab edilir ki, fransız analar digər xalqların qadınlarından daha çox uşaqlarının yaxşı təhsil almalarına “can yandırırlar”.
“Figaro” qəzetinin keçirdiyi sorğunun nəticələrinə görə, fransalı uşaqlar və onların ailələri arasında xaricdə tətil keçirmək üçün ən populyar yer... Parisin antipodu olan Nyu-Yorkdur. Fransızların bu şəhər üçün, belə demək mümkündürsə, “ürəkləri gedir”. İkinci sırada London gəlir. Gündəlik stresdən yayınmaq istəyən fransalı üçün London ideal variantdır - sürət qatarı ilə cəmi iki saatlıq yol. Üçüncü sırada isə Berlin gəlir.
Fransalı valideynlər Berlin divarlarının qalıqlarını uşaqlara göstərməyi sevirlər. Bundan əlavə, Almaniya paytaxtı tədricən Avropanın musiqi və mədəniyyət mərkəzinə çevrilməkdədir.
İSPANİYA məktəbliləri üçün yay 22-23 iyunda “başlayır”. Yeni tədris ili isə sentyabrın ortalarında. Bu baxımdan ispan uşaqların yay tətilinin bizə nisbətən qısa olduğunu deyə bilərik. Əksər hallarda məktəblilər yayı nənə və babaların yanında keçirirlər, çünki valideynlər işləyir. Ancaq bu ölkədə “kampamento” adlanan yay düşərgələri çox populyardır. Adətən ölkənin gözəl təbiətli yerlərində təşkil edilən düşərgələrdə uşaqlar milli rəqslər oynamağı və mahnılar ifa etməyi öyrənirlər. Yay aylarında əcnəbi dillər öyrədən xüsusi düşərgələr də çox populyardır.
ABŞ-da məktəb tətilləri bir növ ümummilli bayramlara “bağlıdır”. Məsələn, Yeni il, yaxud pasxa dövrü. Amerikalılar uşaqlara azadlıq verməyi sevirlər. İlk baxışda adama elə gələ bilər ki, Amerika məktəbliləri az istirahət edirlər. Ancaq heç də belə deyil. Yay tətili burada iyunun ortalarında başlayır və avqustun sonunadək davam edir.
Amerikada uşaqlar, yaxud tələbələr yay tətilini əsasən öz ölkələrində keçirirlər. Ancaq ölkə də var ölkə! Kaliforniya və Floridanın istirahət güşələrindən tutmuş Havay adalarınadək. Hər bir amerikalı ailə həyatda heç olmasa bir dəfə “Disneylend"də olmalıdır. Ümumiyyətlə, amerikalılar əylənməyi çox sevirlər, ona görə də dünyanın istənilən ölkəsində yaşayan amerikalı mütləq övladını əyləncə mərkəzlərinə aparmalıdır.
ABŞ-da yayda icarəyə avtobus götürmək dəbdir. Söhbət adi avtobuslardan getmir - ailənin avtomobildən ev kimi istifadə edə biləcəyi nəqliyyat vasitəsindən gedir. Ölkə böyük olduğundan ailələr uzunmüddətli səyahətə çıxırlar və uşaqlar həmişə valideynlərinin yanında olurlar.
Biz burada istilərdən şikayətləndiyimiz vaxt AVSTRALİYAda uşaqlar qısamüddətli qış tətilindən həzz alırlar. Oradakı yayda isə məktəblilərin tətili o qədər də uzun çəkmir - cəmi bir ay. Ancaq burada hesab edirlər ki, uşaq hətta istirahət etdikdə belə nəyisə öyrənməlidir. Bu səbəbdən məktəblilər üçün ölkəboyu müxtəlif festivallar və idman yarışları təşkil edilir.
BRİTANİYAlılar tətil və istirahət məsələsinə də vətənpərvərlik prizmasından yanaşır və uşaqlarına aşılamağa çalışırlar. Tətil evdən kənarda keçirilsə də, vətən daxilində olmalıdır. Hesablamalara görə, hər il təqribən 25 milyon nəfər meqapolisləri tərk edib ölkənin cənub-şərqindəki sahillərə doğru üz tutur. “Komsomolskaya pravda” yazır ki, britaniyalıların 15%-i tətili Uels və Şotlandiyada, 8%-i isə göl və yaxud çay yaxınlığında keçirməyi sevir. Hər bir britaniyalının fəxr etdiyi milli parklar uşaqların aparıldığı ən populyar yerlərdir. Tarix, təbiət mövzusunda əlavə məlumat almaq üçün bu yerlər ideal hesab olunur.
Maliyyə böhranı ilə əlaqədar Britaniya sakinləri üçün gedib ABŞ-da şoppinq etmək sərfəli olub. Xeyli britaniyalı bu imkandan istifadə edir. Pal-paltar alış-verişində isə, bildiyimiz kimi, ən çox elə uşaqlara xərc çəkilir.
ALMANİYAda yay tətili bizdəki ilə üst-üstə düşür. Təəccüblü olsa da, alman uşaqları yay tətilindən ən çox pul qazanmaq üçün istifadə edirlər. Supermarketlərdə, kinoteatr kassalarında, ev işlərində, poçtda, yaxud restoranda yay vaxtı ən çox pul qazanmağa çalışan alman uşaqlardır. Statistikaya görə, alman ailəsi səyahətə pul xərcləmək üzrə lider mövqelərdədir. Uşaqlarını da götürüb xaricə tətilə gedən almanlar üçün ən populyar istiqamət İspaniyadır. Axın o qədərdir ki, buradakı otellərin personalı mükəmməl almancaya malikdir. Bundan əlavə, Almaniyada Türkiyə istiqaməti də məşhurdur ki, bu da ölkədəki türk mənşəli vətəndaşların sayına nəzər salanda qeyri-adi görünmür.

Rüstəm QARAXANLI