Dünya əhalisinin sayı nə zaman 10 milyarda çatacaq? - Proqnoz

Dünya əhalisinin sayı nə zaman 10 milyarda çatacaq? - Proqnoz Birləşmiş Millətlər Təşkilatı Əhali Fondu dünya əhalisinin aktual vəziyyəti və regional artım meylləri, kənd və şəhər əhalisinin artım vəziyyəti və regional köç meyllərinə əsasən proqnozunu açıqlayıb.
Tehsil-press.az “Dünya bülleteni”nə istinadən xəbər verir ki, bu proqnoza görə hal-hazırda dünyada təxminən 7,7 milyard insan yaşayır.
Kişi sayının qadınlara nisbətən daha çox olduğu dünyada hər 100 qadına qarşılıq 102 kişi yaşayır.
Dünya əhalisinin 25 faizi 15 yaşından kiçik, 62 faizi 15-59 yaşlarında və 13 faizi 60 yaşdan yuxarı olan insanlardır.
Hesablamalara görə, dünya əhalisinin sayı hər il təxminən 84 milyon artır. Bu templə 2050-ci ildə 10 milyarda, yüzilliyin sonunda isə 11,2 milyarda yüksələcəyi təxmin edilir.
2050-ci ildə dünya əhalisinin yarısını sadəcə 9 ölkə təşkil edəcək. Bu ölkələr Hindistan, Nigeriya, Konqo, Pakistan, Efiopiya, Tanzanya, ABŞ, Uqanda və İndoneziyadır.

Tehsil-press.az

Oxşar xəbərlər