Azərbaycanda əhalinin sayı 9 milyon 775 min nəfəri keçdi

Azərbaycanda əhalinin sayı 9 milyon 775 min nəfəri keçdi İlin əvvəlindən Azərbaycan əhalisinin sayı 70,1 min nəfər və ya 0,7 faiz artaraq 2016-cı il sentyabr ayının 1-i vəziyyətinə 9 milyom 775 min 700 nəfərə çatıb. Bu barədə məlumatı Dövlət Statistika Komitəsi yayıb.
Əhalinin sıxlığı bir kvadrat kilometrə 113 nəfər olub. Ölkə əhalisinin ümumi sayından 53,1 faizi şəhər, 46,9 faizi kənd sakinlərinin, 49,8 faizi kişilərin, 50,2 faizi qadınların payına və hər 1000 kişiyə isə hazırda 1007 nəfər qadın düşür. 

Tehsil-press.az

Oxşar xəbərlər