İyulun 11-i Ümumdünya Əhali Günüdür. Bu əlamətdar tarixi 1989-cu ildə BMT-nin əhali problemlərinin həllinə yardım göstərən ən iri beynəlxalq təşkilatı olan Əhali Fondu təsis edib. Bu gün ilk dəfə 1990-cı ildə 90-dan artıq ölkədə qeyd edilib.
Məqsəd ailə planlamasının əhəmiyyəti, gender bərabərliyi, yoxsulluq, qadın sağlamlığı və insan hüquqları kimi dünya əhalisi ilə bağlı müxtəlif məsələlər barədə məlumatlılığı artırmaq, insanların problemlərinə xüsusi diqqət yetirmək və ümumi inkişafa nail olmaqdır.
Son açıqlamalara əsasən, dünya əhalisinin sayı 7,5 milyard nəfəri ötüb. Əhalisinin sayına görə ilk üç yerdə Çin, Hindistan və ABŞ qərarlaşıb. Azərbaycan 9 milyon 843 mindən çox əhalisi ilə 89-cu yerdədir.
Dünya Əhali Günü 2005-ci ildən etibarən Azərbaycanda geniş şəkildə qeyd olunmağa başlanılıb. Ölkəmizdə də bu cür tədbirlər diqqət mərkəzindədir. Azərbaycanda MDB məkanında ilk dəfə olaraq elmi əsaslarla işlənilib, demoqrafiya sahəsində dövlət strategiyasını müəyyən edən “Azərbaycan Respublikasının Demoqrafik İnkişaf Konsepsiyası” təsdiq edilib.
Hər il bir deviz altında qeyd edilən həmin günün cari il üçün mövzusu “Ailə planlaması: Hüquqları artırılan və imkanları genişləndirilən insanlar, inkişaf edən millətlər”dir.
Təhsil-press.az