Dünyada təxminən 18,7 milyon körpə peyvənd olunmur

Dünyada təxminən 18,7 milyon körpə peyvənd olunmur Dünyada təxminən 18,7 milyon körpə, yəni hər beş uşaqdan biri difteriya, göy öskürək və tetanus (donuxma) kimi qarşısı alına bilən xəstəliklərə qarşı peyvənd olunmur.

Tehsil-press.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) açıqlayıb. ÜST-nin yaydığı məlumata görə, peyvəndlə hər il 2-3 milyon uşağın ölümünün qarşısı alınır. Qlobal şəkildə peyvənd işinin aparılması həmçinin, 1,5 milyon uşağın ölümünə mane ola bilər.
Təşkilat eyni zamanda, dünyada hələ də 18,7 milyon körpənin peyvənd olunmadığına da diqqət çəkib. Məlumatda o da qeyd edilib ki, 2020-ci ilə qədər bütün dünyada uşaqların peyvənd olunması qarşıya qoyulan əsas hədəflərdəndir.
Xatırladaq ki, difteriya, göy öskürək və tetanos (donuxma) kimi xəstəliklərə qarşı peyvənd olunmayan uşaqların 60 faizdən çoxu Demokratik Konqo Respublikası, Efiopiya, Hindistan, İndoneziya, İraq, Nigeriya, Pakistan, Filippin, Uqanda və Cənubi Afrikada yaşayır. Qeyd edək ki, 24-30 aprel tarixlərində Dünya Peyvənd Həftəsi qeyd olunacaq.

tehsil-press.az

Oxşar xəbərlər