Paytaxtın ümumtəhsil məktəblərində yeni dərs ilinə hazırlıq işləri davam edir.
Hazırda 13 məktəbdə əsaslı təmir işləri aparılır, bir məktəbin binası, bir məktəbin isə qəzalı vəziyyətdə olan korpusu sökülərək yenidən tikilir.
Bundan əlavə, ehtiyac olan ərazilərdə iki yeni məktəbin inşası davam edir. Həmçinin bir məktəb üçün 1.416 şagird yerlik yeni binanın tikintisi və beş məktəbdə cari təmir və mühəndis kommunikasiya işləri aparılır.
Qeyd edək ki, ümumtəhsil məktəblərinin təmir-tikinti işləri son illərdə davamlı olaraq həyata keçirilir. Bu işlər şagirdlərin təhsil şəraitinin yaxşılaşdırılmasına, tədrisin keyfiyyətinin yüksəldilməsinə xidmət edir.
Tehsil-press.az