Milli Nüvə Tədqiqatları Mərkəzi: "Metsamor"dakı təmir təhlükəni azaltmayacaq

Milli Nüvə Tədqiqatları Mərkəzi: Ermənistanın "Metsamor" atom elektrik stansiyasında (AES) sentyabrın 20-dən iki ay müddətində aparılacaq təmir işləri onun təhlükəliliyinin azalmasına, bölgənin radioaktiv tullantılarla çirkləndirilməsi səviyyəsinin azalmasına təsir göstərməyəcək.

Bunu Tehsil-press.az Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən Milli Nüvə Tədqiqatları Mərkəzinin sədri Adil Qəribov deyib. Onun sözlərinə görə, AES-də aparılan təmir işləri çari təmir işləridir. Bu təmir işləri zamanı AES-in gücünün sabit qalması üçün yanacağın hissə-hissə dəyişilməsi işləri aparılır, sistemlərin yoxlanışı həyata keçirilir.


Tehsil-press.az

Oxşar xəbərlər