Merkelin Bakı səfərinin - Əsas məqsədi

Merkelin Bakı səfərinin - Əsas məqsədi Almaniyanın kansleri Angela Merkelin avqustun 25-də Azərbaycana planlaşdırılan səfəri zamanı müzakirə ediləcək əsas məsələlərdən biri açıqlanıb.
Merkel Xəzər dənizi vasitəsilə Avropa İttifaqına təbii qazın nəqlinin artırılması imkanlarını müzakirə edəcək. Bu barədə yüksək çinli alman rəsmisi “Financial Times”a danışıb.
Onun sözlərinə görə, Almaniya “Şahdəniz” yatağı vasitəsilə Türkiyədən keçməklə Avropaya qaz nəqlini həyata keçirən Cənub Qaz Dəhlizi layihəsinə ciddi maraq göstərir. Berlin bu boru xətti vasitəsilə Avropanın Türkmənistan və İran qazını da almasını istəyir.
“Financial Times” yazır ki, Berlin alman şirkətlərinin “Şimal axını-2” boru kəmərinin inşası layihəsinə görə Vaşinqton tərəfindən böyük təzyiqə məruz qalır.

Tehsil-press.az

Oxşar xəbərlər