ABŞ Azərbaycan qazını nəql edəcək TAP vasitəsilə Rusiya qazının tədarükünü düşünür

ABŞ Azərbaycan qazını nəql edəcək TAP vasitəsilə Rusiya qazının tədarükünü düşünür Rusiya qazının Transadriatik qaz kəməri (TAP) vasitəsilə Avropaya nəqli Rusiyanın Avropa İttifaqının müvafiq qaydalarına əməl etməsi şərti ilə mümkündür.

Trend-in məlumatına görə, bunu ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə köməkçisinin müavini Robin Danniqan Yunanıstana səfəri zamanı deyib.
Onun sözlərinə görə, əsas məqsəd enerji bazarının effektiv rəqabətlə inkişaf edə bilməsi üçün müvafiq şəraitin yaradılmasıdır.
R.Danniqan qeyd edib ki, bu kontekstdə əsas vurğu “Cənub qaz dəhlizi” kimi layihələrə qoyulmalıdır. “Bu cür layihələr tədarük mənbələrini diversifikasiya etməyə və enerji bazarlarında rəqabətin təmin olunmasına imkan verəcək”.
Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazı Türkiyəyə və bu ölkədən Avropaya nəql edəcək TANAP “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi olan bir layihədir. TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə “Trans-Adriatik” (TAP) qaz boru kəmərinə birləşəcək. Uzunluğu 1810 kilometr olan TANAP-ın Əskişəhərə qədər olan hissəsinin 2018-ci ilin ortasında istismara verilməsi nəzərdə tutulur, hazırda layihə üzrə işlərin 55 faizi yerinə yetirilib. Boru kəmərinin ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması imkanı var.

Tehsil-press.az

Oxşar xəbərlər