Milyona yaxın qaçqın Şimali Afrika və Yaxın Şərq ölkələrindən Avropaya yola düşməyə hazırdır.
Tehsil-press.az xəbər verir ki, bu barədə “Bloomberg Arne Delfs” agentliyi Almaniya kəşfiyyatındakı mənbələrə istinadən yazıb. Agentliyin yazdığına görə, Almaniya kansleri Angela Merkel ən çox Liviyadakı vəziyyətdən ehtiyat edir.
“İkinci Dünya Müharibəsi vaxtlarından bu yana yaşanan ən böyük miqrasiya böhranı Merkeli ona məxsus ehtiyatlılıqdan imtina etməyə və Yaxın Şərqdəki geosiyasətə qarışmağa məcbur edib. NATO-nun cənub və şərq sərhədləri ilə bağlı siyasəti ABŞ, Böyük Britaniya və Fransa liderləri ilə kanslerin Hannover görüşündə əsas müzakirə mövzusu olacaq”, - agentliyin siyasi müşahidəçisi bildirib. Agentlik qeyd edir ki, Merkel nəyin bahasına olursa-olsun ölkəsinə gələn qaçqınların sayını azaltmaq niyyətindədir.
“Bu, Merkel üçün ölüm-qalım məsələsidir”, - Beynəlxalq Münasibətlər üzrə Avropa Şurasının Berlin bölməsinin başçısı Yozef Yanninq hesab edir. Ekspertin fikrincə, bu, Merkel üçün çağırışdır və Almaniya Şimali Afrikada daha aktiv olacaq.
tehsil-press.az