Ölkə ərazisində yağmursuz hava şəraiti müşahidə ediləcək

Ölkə ərazisində yağmursuz hava şəraiti müşahidə ediləcək Ölkə ərazisində avqustun 29-na gözlənilən hava proqnozu açıqlanıb.
Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək. Mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 21-24°, gündüz 28-33° isti olacaq.
Abşeronun şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zuğulbada dəniz suyunun temperaturunun 24-25°, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil və Şıxda isə 25-26° isti olacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək.
Naxçıvan Muxtar Respublikasında hava yağmursuz keçəcək.
Havanın temperaturunun gecə 16-21°, gündüz 32-37° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq.
Havanın temperaturunun gecə 12-17°, gündüz 20-25° isti olacağı proqnozlaşdırılır.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava yağmursuz keçəcək.
Havanın temperaturunun gecə 17-22°, gündüz 30-35° isti olacağı bildirilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq.
Havanın temperaturunun gecə 15-20°, gündüz 26-31° isti, dağlarda gecə 10-15°, gündüz 20-25° isti olacağı ehtimalı var.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava yağmursuz keçəcək.
Havanın temperaturu gecə 19-24°, gündüz 32-37° isti olacaq.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava yağmursuz keçəcək. Səhər dağlarda duman olacaq.
Havanın temperaturunun gecə 19-24°, gündüz 30-35° isti, dağlarda gecə 11-16°, gündüz 21-26° isti olacağı gözlənilir.
Respublikanın bölgələrində şərq küləyi əsəcək, bəzi yerlərdə sürəti zəif olacaq.

Tehsil-press.az

Oxşar xəbərlər