Abşeron çimərliklərində dəniz suyunun temperaturu 29 dərəcə isti olacaq

Abşeron çimərliklərində dəniz suyunun temperaturu 29 dərəcə isti olacaq İyulun 20-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, yağmursuz olacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun Abşeron yarımadasında gecə 22-25°, gündüz 34-39° isti, Bakıda gecə 23-25°, gündüz 37-39° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan aşağı - 755 mm civə sütunu, nisbi rütubət 45-55 faiz təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 26-27°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 27-28°, Türkan, Hövsan, Sahil, Şıxda 28-29° isti təşkil edəcək.
Azərbaycanın rayonlarında hava şəraiti yağmursuz olacaq. Lakin gecə və axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-25°, gündüz 35-40°, bəzi yerlərdə 42° isti, dağlarda gecə 15-20°, gündüz 28-33° isti olacağı gözlənilir.
Naxçıvan Muxtar Respublikasında havanın yağmursuz keçəcəyi ehtimalı var. Zəif şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 21-26°, gündüz 37-42° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında havanın yağmursuz keçəcəyi ehtimalı var. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 15-20°, gündüz 28-33° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında havanın yağmursuz keçəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-25°, gündüz 35-40° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın yağmursuz keçəcəyi ehtimalı var. Lakin gecə və axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Zəif şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 18-23°, gündüz 31-36° isti, dağlarda gecə 13-18°, gündüz 25-30° isti olacağı gözlənilir.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın yağmursuz keçəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-25°, gündüz 35-40°, bəzi yerlərdə 42° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında havanın yağmursuz keçəcəyi ehtimalı var. Zəif şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-24°, gündüz 33-37° isti, dağlarda gecə 15-20°, gündüz 28-33° isti olacağı gözlənilir.

Təhsil-press.az

Oxşar xəbərlər